04 dekabr 2024 15:22
109

“Əl-Hilal”ın Neymarla bağlı qərarı bilindi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçusu Neymarla bağlı qərarını verib.

“İki sahil” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Braziliyalı hücumçu ən azı bu mövsümün sonuna qədər komandada qalacaq. Neymar dizindəki çarpaz bağlar zədələndiyi üçün Səudiyyə Ərəbistanı çempionatında bu mövsüm heç bir oyun keçirməyib. Onunla klub arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.

Bundan əvvəl yayılan xəbərlərdə isə bildirilir ki, Neymar qışda sabiq klubu "Santos"a (Braziliya) qayıtmaq istəyir.