Türkiyənin İstanbul şəhərində 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Habertürk" telekanalı polisə istinadən məlumat yayıb.
Saxta alkoqoldan zəhərlənmə halı şəhərin səkkiz rayonunda qeydə alınıb, 46 nəfər həkimə müraciət edib, onlardan 17-si ölüb.
Bundan başqa, 22 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.
İş üzrə aparılan istintaq tədbirləri çərçivəsində 19 nəfər saxlanılıb, onlardan 8-i qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilib.