12 dekabr 2024 15:49
101

Rusiya Orbanın Ukraynadakı vəziyyəti həll etmək səylərini dəstəkləyir

Rusiya Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı silahlı münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Moskva sülhün bərqərar olunması üçün məsləhətləşmələr davam etməlidir.

“Rusiya tərəfi Orbanın sülh yolu ilə nizamlanmasına və məhbus mübadiləsi ilə bağlı humanitar məsələlərin həllinə yönəlmiş səylərini tam dəstəkləyir”, - deyə, Peskov bildirib.