14 dekabr 2024 13:50
75

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi bölgələrdə sulu qar, qar yağır.

“İki sahil”in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, qarın hündürlüyü Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 2 sm, Lerikdə 20 sm, Quba, Qusar və Altıağacda 10 sm, Şahdağ və Xaltanda 8 sm, Şərurda 7 sm, Kəlbəcər və Qobustanda 5 sm, Daşkəsən və Qaxda 3 sm, Gədəbəydə 1 sm olub.