15 dekabr 2024 21:21
81

ABŞ Yaxın Şərqə dəniz hücum qrupu göndərib

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom enerjili təyyarədaşıyan "Harry Truman" başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu dekabrın 14-də Yaxın Şərqə göndərilib.

“İki sahil” xəbər verir ki, Birləşmiş Ştatların Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyətində olan Yaxın Şərq regionuna yerləşdirilən zərbə qrupu, "Harry Truman" ilə birlikdə esmineslər eskadrilyası, Ticonderoga sinifli idarə olunan raket kreyseri və iki Arleigh Burke sinfinə aid idarə olunan raket esminesini də əhatə edir.

Komandanlığın mətbuat xidmətinin verdiyi məlumata görə, zərbə qüvvəsi regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə yerləşdirilib.