16 dekabr 2024 01:55
88

Türkiyə Dəməşqə axtarış-xilasetmə qrupu göndərəcək

AFAD Suriyanın paytaxtı Dəməşqdəki Sednaya həbsxanasında qapalı qaldığı düşünülən insanları tapmaq üçün qabaqcıl avadanlıqla təchiz edilmiş 80 nəfərlik axtarış-xilasetmə qrupu göndərəcək.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, AFAD komandası sabah Türkiyə vaxtı ilə saat 12:00-da Sednaya həbsxanasına gedəcək və axtarış-xilasetmə işlərinə başlayacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”