Əgər hökumət büdcə kəsirini azalda bilməsə, Amerika Birləşmiş Ştatlarını böyük problem gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, indiki vəziyyəti həddindən artıq borca düşmüş adamla müqayisə edib.
Dekabrın 6-da Mask bildirib ki, ABŞ milli borcun artımını dayandırmasa, müflis olacaq və hətta əsas xidmətlərin haqqını ödəyə bilməyəcək.