Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabr ayının 17-də Rusiyanın nüfuzlu "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə vermişdir. Bu müsahibəsində ölkə Prezidenti cənab İlham Əliyev həm regional, həm də beynəlxalq məsələlərlə bağlı çoxsaylı sualları cavablandırmış, həm də çox mühüm tezislərlə, çox mühüm mesajlarla çıxış etmişdir. Verilən suallardan biri Ermənistan Azərbaycan sülh müqaviləsi ətrafında yaranmış vəziyyəti məsələlərini özündə ehtiva etmişdir və cənab Prezident qeyd etmişdir ki, sülh prosesi ilə bağlı Azərbaycan çox ciddi addımların atılmasında maraqlıdır. Sülh müqaviləsinin hazırlanması ilə bağlı baza prinsiplərində müəllifi Azərbaycandır. Artıq 17 bənd üzrə danışıqlar aparılıb və nəticədə 15 bənd üzrə razılaşma əldə edilib. İki məsələ ətrafında hələ ki mövqelər üst-üstə düşmür və cənab prezident həmin bu iki məsələni də qeyd etmişdir ki, bunlardan biri beynəlxalq səviyyədə bir birinə qarşı iddialardan imtina edilməsidir. Söhbət ilk növbədə məhkəmə çəkişmələrindən gedir və dövlətimizin başçısı qeyd etmişdir ki, 2020-ci ildən indiyə qədər Ermənistanın Azərbaycana vurduğu ziyanın araşdırılması ilə bağlı ciddi işlər aparılıb və artıq bu proses yekunlaşıb və nəticə ondan ibarətdir ki, işğal dövründə Ermənistan Azərbaycana 150 milyard dollar həcmində ziyan vurub.
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.
Elman Nəsirov vurğuladı ki, eyni zamanda cənab Prezident qeyd etdi ki, razılaşdırılmayan digər məqam onunla bağlıdır ki, Ermənistan hələ ki, bu məsələdə fərqli mövqedən çıxış edir. Ondan ibarətdir ki, Avropa İttifaqının Ermənistanda müşahidə missiyası fəaliyyət göstərir və həmin müşahidə missiyası 2022-ci ildə razılaşma əldə edildi ki, bu razılaşma Azərbaycan, Ermənistan siyasi liderləri, eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makron tərəfindən razılaşdırıldı ki, Avropa İttifaqının mülki missiyası 2 ay müddətində 40 nəfərdən ibarət heyətlə Ermənistan-Azərbaycan sərhədində Ermənistan ərazisində yerləşdiriləcək. Ancaq həmin missiya 200-dən onun üzvlərinin sayı, həmin missiyanın üzvlərinin sayı 200-ü ötüb keçib. Eyni zamanda 2 ay sözdə qaldı və hətta 2025-ci ildə belə onun müddətini uzatmaq istəyirlər. Həm də adını qoyublar mülki missiya. Bəs Kanadanın orda nə işi var? O ki Avropa İttifaqı ölkəsi deyil. Deməli, əslində bu gün biz Avropa İttifaqı mülki missiyasının NATO-nun bir missiyasına çevrildiyini görürük. Həm də Ermənistan paralel şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından de-fakto çıxıb qalıb. Bunu reallaşdırmaq və yəqin ki, bu tapşırığı da ABŞ Dövlət Departamentindən gözləyirlər. Gələn kimi bu addımı da atacaqlar. Bax, bu 2 məsələ ətrafında razılaşma yoxdur. Cənab Prezident Azərbaycan irəli sürdüyü iki şərti də yada saldı ki, bunlardan biri odur ki, Ermənistan necə sülh müqaviləsi imzalayasan ki, Azərbaycana qarşı Konstitusiyasında ərazi iddiaları öz əksini tapıb və bu ərazi iddialarını Ermənistandan imtina etməlidir. Bu, erməni xalqının siyasi iradəsinin ortaya qoyulması ilə baş verməlidir. Digər tərfdən, bizim ikinci şərtimiz də odur ki, ATƏT-in Minsk qrupu buraxılmalıdır. Bu Minsk qrupu ona görə yaradılmışdı ki, münaqişəyə son qoysun, vasitəçilik missiyası ilə buna son qoysun. Amma münaqişə daha yoxdur. Azərbaycan Silahlı Qüvvələri artıq bu problemi həll edib, münaqişə yoxdur. Onda ATƏT-in Minsk qrupuna nə ehtiyac var? Deməli, Ermənistan hər zaman maraqlı olacaq ki, Azərbaycanla müəyyən məsələlərdə münaqişə vəziyyəti olsun və elə eyni bəhanə ilə ATƏT-in Minsk qrupunun fəaliyyətini qoruyub saxlasınlar. Bu, qəbuledilməzdir.
Deputat bildirdi ki, Ermənistan faktiki olaraq iki bir-birinə zidd prosesi həyata keçirir, bir yandan sülhdən danışır, sülh müqaviləsindən danışıb, digər yandan da çox sürətlə silahlanmaqdadır və Fransadan hücum silahları, öldürücü silahlar almaqdadır. İkinci yerdə Hindistan gedir, üçüncü yerdə isə Birləşmiş Ştatlar gedir və cənab Prezident vurğuladı ki, Fransa və Hindistan hətta bunu gizlətmirlər. Birləşmiş Ştatlar isə eyni addımlarını ört-basdır etmək istəyir. Amma bizdə dəqiq məlumatlar var və texniki imkanlarımız bunu həyata keçirməyə şərait yaradır ki, Birləşmiş Ştatlar yük təyyarələri ilə Ermənistana müasir silahları daşıyırlar. Yəni onu silahlandırırlar, sülh istəyən dövlət nədən bu qədər silahlanmalıdır? Deməli, Ermənistan sülhlə bağlı yanaşmaları da qeyri-ciddidir və bu reallıq fonunda cənab Prezident qeyd etdi ki, bu silah yarışında Ermənistan bizə uduzacaq, uduzur da. Azərbaycan 2025-ci ildə çox böyük rekord həcmdə müdafiə və təhlükəsizlik büdcəsi olacaq və həqiqətən də belədir. Parlamentdə 2025-ci il dövlət büdcəsi üçüncü oxunuşda qəbul edildi və Azərbaycanın 41,4 milyard manatlıq büdcə xərclərində 8,6 milyard manat, yəni təxminən 5 milyard dollar məhz bu məqsəd üçün ayrılıb. Bu da bizim bütün büdcə xərclərimizin, 20,6 %-i deməkdir. Yəni heç bir zaman bizim bu həcmdə hərbi-müdafiə büdcəmiz olmayıb. Müqayisə üçün, Ermənistanda 2025-ci ilin hərbi büdcəsini 70 % artırıb və 1,6 və 1,7 milyard dollara çatıb. Yəni 1,6 və 1,7 dollar onlarda, 5 milyard dollar bizdə. Ağıllarını başlarına yığıb düşünsünlər. Ermənistanın yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir. Əksi müharibədir. Bu müharibə ki, Ermənistan intihar ola bilər ki, bunu da hesablamaq Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün çətin olmamalıdır.
Səbinə Kazımova, “İki sahil”