“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən elan olunmuş matəm günü ilə əlaqədar Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində başsağlığı kitabı açılıb.
“İki sahil” xəbər verir ki, dekabrın 26-27-də BMT-nin yüksək səviyyəli rəsmiləri, xarici ölkələrin BMT yanında akkreditə olunmuş səfirlər və diplomatik korpusun nümayəndələri Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək başsağlığı veriblər. Nümayəndəlik heyəti təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.