28 dekabr 2024 14:09
110

Qara dənizdə mazutun dağılması ilə bağlı vəziyyət kritikdir

Qara dənizdə mazutun dağılması ilə bağlı vəziyyəti kritikdir və nəticələri qaçılmazdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu haqda Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiniz ki, vəziyyət həqiqətən kritikdir, təəssüf ki, ekoloji baxımdan mənfi nəticələr qaçılmazdır. Bunun üçün indi maksimum səylər tələb olunur”, - deyə ,Peskov bildirib.