28 dekabr 2024 17:01
105

Gürcüstanda zəlzələ olub

Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” Gürcüstan KİV-inə istinadla xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat yayılıb.

Məlumata görə, Tbilisi vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.