28 dekabr 2024 17:33
110

Rusiya İstintaq Komitəsi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açıb

Rusiya İstintaq Komitəsi AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar RF Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması) ilə cinayət işi açıb.

“İki sahil” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kremlin yaydığı məlumatda deyilir.

İbtidai istintaq hərəkətləri həyata keçirilir, mülki və hərbi mütəxəssislər dindirilir.