Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya NTV kanalının efirində deyib.
O bildirib ki, son 21 gündə 35 min 114 suriyalı Türkiyədən ölkəsinə qayıdıb.
Nazirin sözlərinə görə, hər gün 1 700-ə yaxın qaçqın Suriyaya qayıdır: "İndi qayıdış daha çox Hələb şəhərinədir".