31 dekabr 2024 01:45
162

Türkiyədə zəlzələ baş verib

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanlar Sivasın Ulaş rayonunda yerli vaxtla saat 23:30 radələrində 4,4 bal gücündə baş verib.

Zəlzələnin 8,41 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”