31 dekabr 2024 02:02
179

“Ford”un “X” hesabı ələ keçirilib?

ABŞ avtomobil istehsalçısı “Ford”un rəsmi “X” hesabında Fələstini dəstəkləyən və İsrailə qarşı yazılar paylaşılıb.

“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, şirkətin rəsmi sosial media hesabında “Azad Fələstinə”, “İsrail terror dövlətidir” və “Bütün gözlər Qəzzada” mesajları paylaşılıb.

Bildirilir ki, “Ford”un “X” hesabının ələ keçirildiyi iddia edilərkən, sözügedən yazılar qısa müddətdə silinib.

Şirkət hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”