31 dekabr 2024 02:20
170

Suriyanın gələcəyinə dair konfrans keçiriləcək

4-5 yanvar tarixində paytaxt Dəməşqdə Suriyanın gələcəyini müzakirə etmək üçün milli konfransın keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə "T24" portalı Suriya mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, konfransda cəmiyyətin bütün təbəqələrini, eləcə də dini və etnik qrupları təmsil edəcək 1200 nəfərin iştirak edəcəyi gözlənilir.

İddialara görə, konfransda “Heyət Təhrir əş-Şam” qruplaşmasının, eləcə də yeni Suriya ordusunun tərkibinə daxil olacaq digər silahlı qruplaşmaların ləğv edilməsinin elan edilməsi planlaşdırılır.