31 dekabr 2024 22:59
163

Qəzanın baş verdiyi aeroport yoxlanılır

Koreya Respublikasının hökumət qurumları sonuncu aviasiya qəzasından sonra Muan aeroportundakı beton səddi yoxlamağa qərar verib.

“İki sahil” xəbər verir ki, ekspertlər bu səddin beynəlxalq aviasiya normalarına zidd olduğunu iddia edirlər. Onlar sonuncu faciəyə də məhz bu səddin səbəb olduğunu bildirirlər. Belə ki, nasaz təyyarə uçuş zolağına endikdən sonra sürünərək beton maneəyə çırpılıb və alışıb.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.