03 yanvar 2025 23:37
134

Kolumbiyada qətliam kimi avtoqəza

Avtobusun uçuruma yuvarlanması nəticəsində azı 13 nəfər ölüb, 18 nəfər yaralanıb

Kolumbiyanın cənubunda avtobusun uçurumdan aşması nəticəsində azı 13 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə nəqliyyat naziri Mariya Konstansa Qarsiya məlumat verib.

"Səlahiyyətlilər indiyə qədər 13 ölüm, 18 yaralanma və 1 yaralanmamış sərnişin haqqında məlumat verdi. Zərərçəkənlər Pasto şəhərindəki xəstəxanalara aparıldı", - deyə nazir “X”də yazıb.

Məlumata görə, avtobus Kali şəhərindən Ekvadorla sərhəddə yerləşən İpiales şəhərinə gedirmiş.

“El Tiempo” qəzeti xilasedicilərə istinadən xəbər verir ki, ilkin məlumata görə, nəqliyyat vasitəsi nasaz olub, nəticədə sürücü idarəetməni itirib və avtobus uçuruma aşıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”