Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri, Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek 2018-ci ildən ölkə iqtisadiyyatında real artım olmadığını bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “Habeck Der Spiegel” jurnalına müsahibəsində deyib.
“Biz Almaniyada 2018-ci ildən bəri real artıma malik deyilik. İqtisadiyyat hazırda dərin struktur böhranı yaşayır. Bunun kökləri uzun illərdir həll olunmayan problemlərdə - ixtisaslı kadr çatışmazlığı, həddindən artıq bürokratiyadadır. Buna əlavə olaraq irimiqyaslı geosiyasi dəyişikliklər də var”, - o bildirib.
Nazir ən böyük səhvlərindən biri kimi 2022-ci ilin əvvəlində genişmiqyaslı iqtisadi inkişaf proqramının hazırlanmamasını göstərib: “Araşdırmalar inflyasiyanın, qiymətlərin və faiz dərəcələrinin artdığını göstərib. Lakin bunun əvəzində hökumət yalnız kiçik addımlar atıb”.
Onun sözlərinə görə, əgər Almaniya əsaslı dəyişikliklər etməsə, dünyada indiyə kimi oynadığı rolu oynaya bilməyəcək.