“Senatdakı Demokratlar ABŞ administrasiyasına bir çox əla namizədlərimizin təsdiq prosesini əsassız olaraq uzatmağa və gecikdirməyə hazırlaşır”.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sahibi olduğu “Truth Social”da yazıb.
“Tezliklə onlar müxtəlif hiylələri həyata keçirməyə çalışacaqlar. Respublikaçılar buna imkan verməməlidirlər”, - o vurğulayıb.
Respublikaçı demokratların namizədlərin təsdiqi prosesinə təsir etmək üçün hansı hiylələrə əl atacaqlarını dəqiqləşdirməyib.