04 yanvar 2025 11:30
154

Qazaxıstanda terrorizmi təbliğ edən iki nəfər həbs edilib

Qazaxıstanda terrorizmi təbliğ edən iki nəfər 7 il müddətinə azadlıqdan məhrum edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) məlumat yayıb.

"Onlardan biri - Taraz sakini öz ətrafı arasında xaricdə terrorçuların tərəfində hərbi əməliyyatlarda iştirak etmək çağırışları yayır, özü də onlara qoşulmağı planlaşdırırdı. Taraz şəhər məhkəməsinin qərarı ilə o, terrorizmi təbliğ etməkdə (CM-nin 256-cı maddəsi), dini ədavəti qızışdırmaqda (CM-nin 174-cü maddəsi) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə məlumatda bildirilir.

İdarədən bildirilib ki, məhkum edilən ikinci şəxs adi cinayətlərə görə dəfələrlə məhkum olunmuş Almatı sakinidir. KNB-nin məlumatına görə, o, internetdə radikal ideologiyanı təbliğ edib.

Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlindən Qazaxıstanda 84 nəfər terrorçu və ekstremist fəaliyyətə görə məhkum edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”