04 yanvar 2025 11:42
141

Polşanın keçmiş müdafiə naziri “diplomatik xəyanət”də ittiham edilir

Polşa Milli Prokurorluğu respublikanın keçmiş müdafiə naziri Entoni Maçereviç barəsində araşdırmalara başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə prokurorluğun saytında məlumat dərc edilib.

Bildirilib ki, 2015-2018-ci illərdə Polşa Müdafiə Nazirliyinə rəhbərlik etmiş Maçereviç “diplomatik xəyanət” törətməkdə şübhəli bilinir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”