04 yanvar 2025 12:25
131

Türkiyədə 4 bal gücündə zəlzələ olub

Malatyanın (Türkiyə) Darende rayonunda 4 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, Episentri Daren şəhərində olan zəlzələ yerli vaxtla saat 10:35-də qeydə alınıb.

Zəlzələnin 10,43 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”