Avropa Komissiyası Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı ölkə hakimiyyətinin qanunvericilik təşəbbüsünü araşdırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.
"Biz qanun layihəsini təhlil edəcək və onu Ermənistan hökuməti ilə müzakirə edəcəyik", - o bildirib.