Britaniya “BP Plc” şirkəti işçi sayını 5 % və ya təxminən 4,7 min nəfər azaltmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu CNBC telekanalı şirkətin məlumatına istinadən bildirib.
BP, həmçinin təxminən 3 min podratçının xidmətlərindən imtina edəcək.
Ötən ilin sonunda BP-nin rəhbəri Murrey Aukinklos 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard ABŞ dolları məbləğində azaldılması üçün tədbirlər elan etmişdi və bu gün elan edilən ixtisarlar bu tədbirlərin bir hissəsidir.