Suriyada terrorçular mövcud olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss edə bilməyəcək.
“İki sahil” xəbər verir ki, bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir.
Dövlət başçısı bunun dinc, yaxud məcburi yolla ola biləcəyinə də diqqət çəkib: "Suriya xalqı gələcəyini özünün müəyyənləşdirəcəyi yeni hakimiyyətin formalaşması istiqamətində inamla irəliləyir".