ABŞ Ali Məhkəməsi "TikTok"un Çinin ana şirkəti "ByteDance"ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləyib.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, qərar milli təhlükəsizliklə bağlı narahatlıqlar və "TikTok"un Çin hökuməti ilə ehtimal olunan əlaqələri ilə bağlıdır.
Məhkəmə qanunun söz azadlığına zəmanət verən Birinci Düzəlişi pozmadığına qərar verib. Konqres Amerika istifadəçi verilənlərinin Çin iqtidarına mümkün ötürülməsinin qarşısını almaq üçün tədbirlər görməyi zəruri hesab edib. Yanvarım 19-dan "TikTok"u tətbiq mağazalarında endirmək mümkün olmayacaq.
Qadağaya dəstək verən qanunvericilər Çin Kommunist Partiyasının sözügedən sosial şəbəkəni manipulyasiya, nəzarət və təbliğat üçün istifadə oluna biləcəyini iddia edirlər. Ali Məhkəmə bu arqumentlərlə razılaşıb.
170 milyon amerikalının istifadə etdiyi "TikTok" qanunun ifadə azadlığını təhdid etdiyini bildirib. Şirkət xəbərdarlıq edib ki, satış müqaviləsi göstərilən müddətə çatmasa, ABŞ-dakı fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
Qərar Demokratlar və Respublikaçılar arasında mübahisələrə səbəb olub. Hərçənd hər iki tərəf vətəndaşların məlumatlarının qorunmasını dəstəkləyir. Ağ ev açıqlayıb ki, "TikTok" yalnız amerikalı alıcıya satılarsa, fəaliyyətini davam etdirə bilər.
Ölkənin yeni seçilmiş prezidenti, Respublikaçıların lideri Donald Tramp “TikTok"u xilas edəcəyinə” söz verib. O bildirib ki, sövdələşmələr üzrə danışıqlardakı təcrübəsi "TikTok" ilə ABŞ səlahiyyətliləri arasında razılığa gəlməyə kömək edəcək.
Tramp yanvarın 20-də inauqurasiyadan sonra Ədliyyə Nazirliyinə bir gün əvvəl qüvvəyə minmiş qanunun tətbiq edilməməsi barədə göstəriş verə biləcək.