Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların tam siyahısını yaxın saatlarda təhvil verməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin bildirdiyinə görə, Həmas azad etməyi planlaşdırdığı bütün girovları təhlükəsiz bölgələrə köçürdükdən sonra adların siyahısını təhvil verəcəyini vasitəçilərə çatdırıb.
Razılaşmanın birinci mərhələsinin bazar günü yerli vaxtla saat 8:30-da qüvvəyə minməsi gözlənilir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin HƏMAS-dan ilk olaraq azad ediləcək girovların siyahısını hələ də almadığını bildirmiş və bu olmadan Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilə bilməyəcəyi barədə xəbərdarlıq etmişdi.
Öz növbəsində, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari yanvarın 18-də bildirib ki, vasitəçilər hələ də Həmas və İsrail arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında razılaşmanın bir dəfə də olsun pozulması faktını qeydə almayıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”