Türkiyədə yeni evlənən bəylə gəlin şadlıq sarayından çıxarkən silahlı hücuma məruz qalıb. Hücum zamanı bəyin dostu yaralanıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 17:30 radələrində Avcılar Mərkəz Məhəlləsi ərazisində baş verib.
Əldə edilən məlumata görə, 3 nəfər nigah sarayından çıxarkən gəlinə, bəyə və qonaqlara atəş açıb.
Qonaqlar şoka düşərkən, bəyin dostu yaralanıb. Üç nəfər əllərində olan silahla 4-5 dəfə atəş açandan sonra hadisədən qaçıblar.
Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Şübhəlilərdən biri polis qrupları tərəfindən saxlanılıb, ikisi qaçıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”