20 yanvar 2025 08:28
92

Çin neft idxalını artırıb

2024-cü ildə Çin Rusiya neftinin idxalını 2023-cü illə müqayisədə 1,3% artıraraq 108,47 milyon tona çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Agentliyin məlumatına görə, qara qızılın idxal dəyəri 2,8% artaraq 62,42 milyard dollara çatıb.