22 yanvar 2025 16:10
99

Zelenski İstanbul danışıqlarının pozulmasını SƏBƏBİNİ AÇIQLADI

2022-ci ilin yazında Rusiya və Ukrayna arasında İstanbul danışıqlarının pozulması Kiyev rejiminin geri çəkilmək istəməməsi ilə bağlıdır.

“İki sahil” TSN-ı istinadla xəbər verir ki, bunu Ukrayna prezident Vladimir Zelenski bəyan edib

“Onlar dedilər: mən geri çəkilirəm və məni rusiyapərəst Medvedçuku ilə əvəz edirlər. "Mən artıq prezident deyiləm" -  deyə, Zelenski bildirib.

O, həmçinin əlavə edib ki, İstanbulda danışıqlardan imtina Moskvanın Ukraynaya neytral status verilməsi tələblərini qəbul etmək istəməməsi ilə bağlıdır.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin ordusunun azaldılması və 20 km-dən çox məsafə qət edə bilən texnikanın məhv edilməsi tələbi də Zelenskini razı salmayıb.