22 yanvar 2025 20:44
100

Rusiyaya zərər vermək niyyətim yoxdur - Tramp

Rusiyaya zərər vermək niyyətim yoxdur.

“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O, Ukraynada nizamlanma ilə bağlı saziş imzalamağın vaxtının çatdığını qeyd edib: “Rusiya Ukrayna ilə bağlı razılığa gəlməsə, ABŞ Moskvanın satdığı hər şeyə yüksək tariflər və sanksiyalar tətbiq edəcək. Ukrayna münaqişəsini asan və ya çətin yolla bitirmək olar. Mən asan yola üstünlük verirəm. Rusiyaya zərər vermək istəmirəm".

Tramp rus xalqını sevdiyini və Prezident Vladimir Putinlə həmişə yaxşı münasibəti olduğunu vurğulayıb.