Avropa İttifaqı səfirləri Rusiyaya qarşı sanksiyaların uzadılmasının mümkün ssenarilərini müzakirə etmək üçün yaxın günlərdə bir neçə görüş keçirməyi planlaşdırırlar.
“İki sahil” xəbər verir ki, bu haqda "Bloomberg" öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, Macarıstan məsələ ilə bağlı səsverməyə veto qoyacağı təqdirdə Aİ ölkələrinin heç bir ehtiyat planı yoxdur.
Aİ-nin sanksiya paketləri hər altı aydan bir səsvermə yolu ilə yenilənməlidir. Bunun üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının yekdil dəstəyi lazımdır. Yanvarın 21-də Macarıstanın baş naziri Viktor Orban məhdudlaşdırıcı tədbirlərin Rusiya iqtisadiyyatına heç bir zərər vurmadığını və yalnız bir məqsədə nail olduğunu - Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini məhv etdiyini bildirib.
Bundan əvvəl o, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar Aİ-nin bu məsələyə yanaşmasının dəyişdirilməsinin zəruriliyindən danışmışdı.