22 yanvar 2025 23:41
92

Türkiyədə yanğının baş verdiyi hotel söküləcək

Türkiyənin Kartalkaya xizək kurortunda 79 nəfərin həyatına son qoyan böyük yanğının baş verdiyi “Grand Kartal” hoteli söküləcək

“İki sahil” xəbər verir ki, bu barədə “Habertürk” telekanalı iqtidar orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi barədə qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən qəbul edilib.

Nazirliyin ekspertləri binanın əsas konstruksiyalarında ciddi zədələr aşkar edib və onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.