23 yanvar 2025 17:46
127

Aİ XİN rəhbərləri Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər

Aİ ölkələrinin XİN rəhbərləri Brüsseldə keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta brifinqdə bildirib.

"Müzakirələr davam edir. Nazirlər bu məsələni bazar ertəsi müzakirə edəcəklər", - o deyib.

Qeyd edək ki, yanvarın 27-də Brüsseldə XİN rəhbərləri səviyyəsində AB Şurasının planlaşdırılmış aylıq iclası keçiriləcək.