30 yanvar 2025 10:16
181

Nəqliyyat sahəsində həyata keçirilən işlər müsbət nəticələr verəcək - DEPUTAT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 28-də Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına həsr edilmiş müşavirə keçirmişdir və bu müşavirədə dövlətimizin başçısı nəqliyyat sektorunun indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra fundamental məsələlərə diqqəti cəlb etmişdir və söyləmişdir ki, son illər ərzində ölkəmizdə nəqliyyat sferasının inkişafı ilə bağlı xeyli işlər görülüb. Amma bununla yanaşı hələ də ciddi həllini gözləyən məsələlər var. Xüsusilə də nəqliyyat vasitələrinin sayının artması bu tıxacların əmələ gəlməsinə səbəb olub və bunun da obyektiv səbəbləri var.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Deputat deyib ki, son 30 il ərzində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artıb. Yəni faktiki olaraq 3 milyon və ondan da artıq əhalimizin sayı artıb və bu da heç şübhəsiz ki, yollarda tıxacların əmələ gəlməsini şərtləndirən əsas səbəblərdən biridir. Baxmayaraq ki, bu illər ərzində çoxlu körpülər tikilib, yeraltı yerüstü keçidlər qurulub, dəmir yol xətləri çəkilib, avtomobil yolları çəkilib və xüsusilə də son 21 il ərzində ölkəmizdə 21 min km avtomobil yolları çəkilib, 1500 km dəmir yolları çəkilib və 1800 km dəmir yolları təmir edilib, çoxsaylı körpülər salınıb. Bu işlər olmasaydı, ümumiyyətlə, bizim nəqliyyat sahəsi, iflic vəziyyətə düşərdi. Çox ciddi işlər görülür, çox ciddi addımlar atılıb. Amma bundan sonra da biz işi elə qurmalıyıq ki, bu sferada problemləri aradan qaldırmağa nail olaq və elə edək ki, vətəndaşlarımızın bu sahədə də məmnunluğu təmin edilsin və cənab Prezident bu kontekstdə vurğuladı ki, bizim əsas hədəflərimizdən biri  Zəngəzur dəhlizinin işə salınması ilə bağlıdır. Bu layihənin müəllifi bizik və eyni zamanda artıq Zəngəzur dəhlizi ifadəsi, Zəngəzur dəhlizi termini beynəlxalq aləmdə də qəbul edilir. Artıq beynəlxalq ictimai fikir onu qəbul edir və biz Azərbaycanla Azərbaycanın rabitəsini təmin etməliyik. Yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yol əlaqəsi təmin edilməlidir. Hələ ki Ermənistan 4 il bundan öncə 2020-ci ildə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, hər vəchlə buna mane olur. Ancaq biz çalışırıq ki, bu layihə reallaşdırılsın. Eyni zamanda, cənab Prezident vurğuladı ki, biz bu illər ərzində alternativ variantları düşünmüşük və hazırda biz İran ərazisindən keçməklə Naxçıvanla quru əlaqəsini təmin edirik. Artıq iki körpünün tikintisi bu istiqamətdə gedir və yekunlaşmaq üzrədir. Eyni zamanda, bizim Gürcüstandan və Türkiyədən keçməklə də Naxçıvanla əlaqəni yarada bilərik. Ancaq ən qısa yol, ən səmərəli yol, ən rentabelli yol məhz Ermənistan ərazisindən keçməklə Zəngəzur dəhlizinin işə salınması ilə bu prosesi öz məntiqi sonluğuna çatdırmaqdır və eyni zamanda o yol maneəsiz yol olmalıdır. Yüklərin və insanların keçidi maneəsiz, heç bir gömrük və sair rüsumlar verilmədən təmin edilməlidir. Və biz bu məsələdə israrlıyıq və müvafiq addımlar da atırıq. Düzdür, Ermənistan hələ ki, buna mane olur, amma biz bu layihənin reallaşdırılması istiqamətində işlərimizi görməliyik və bizim heç bir halda Ermənistan ərazisinə iddiamız yoxdur. Biz istəyirik ki, bu yol təmin edilsin, bu yolun fəaliyyəti təmin edilsin və bu prosesdə bütün tərəflər uduşlu vəziyyətdə. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində addımlarım artırıq və bundan sonra da bu proses davam edəcək.

10 yeni metro stansiyası...

E.Nəsirov bildirib ki, eyni zamanda cənab Prezident onu qeyd etdi ki, bu günləri ölkəmizin infrastrukturu, nəqliyyat, infrastrukturun inkişafından danışanda onu da vurğulamalıyıq ki, avtomobil yolları, dəmir yolları çəkilişi prosesi ilə yanaşı, həm də bizim metro metropoliten, metronun stansiyalarının daha da artırılması istiqamətində işlərimiz uğurla getməkdədir və indi daha 10 yeni metro stansiyasının işə salınması əsas hədəflərimizdən biridir. Eyni zamanda, Bakı Xəzər Beynəlxalq Xəzər Gəmiçiliyi və Beynəlxalq Xəzər Limanının ticarət limanının perspektivlərinə toxunan cənab Prezident vurğuladı ki, biz indi hal-hazırda çalışırıq ki, bu istiqamətdə işlər gedir ki, ötürmə, yükdaşıma qabiliyyəti 5 milyon ton olan bu potensialı daha da gücləndirək, daha da artıraq.  Çünki Şimal, Cənub, Şərq, Qərb nəqliyyat dəhlizlərinin yükdaşıma potensialı artdıqca, bu sferada da biz fəaliyyətimizi daha daha da genişləndirmək məsələsi gündəmə gəlir.

Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında yeni terminal...

Həm də bu kontekstdə Şərq-Qərb nəqliyyat dəhlizindən danışarkən dövlətimizin başçısı həm də Bakı- Tbilisi, Qars dəmir yoluna diqqəti cəlb etdi və qeyd etdi ki, nə qədər o zaman Ermənistanla birlikdə, həm də Amerika Birləşmiş Ştatlarının o zamankı rəhbərliyi çalışırdılar ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi baş verməsin, bu layihə reallaşdırılmasın və ona görə ki, bu Ermənistandan yan keçməklə həyata keçirilir, Gürcüstana təzyiqlər oldu və biz bütün gücümüzü səfərbər etdik. Bu istiqamətdə çoxsaylı aparılan danışıqlar və hətta Gürcüstana çox aşağı faizlə bir milyard manatlıq kredit də verdik ki, məhz bu layihə reallaşdırılsın və o zaman kimlər ki, Birləşmiş Ştatlardan bu prosesə mane olurdu, artıq onlar heç siyasi səhnədə yoxdurlar belə çoxdan unudulublar. Amma biz doğru yolda idik və strateji əhəmiyyətli bir layihənin gerçəkləşməsini həyata keçirdik. Eyni zamanda, cənab Prezident onu da vurğuladı ki, Azərbaycanın bugünkü genişlənən nəqliyyat potensialından danışarkən biz hava limanlarını da xüsusi vurğulamalıyıq. Beynəlxalq hava limanları və bu limanlardan yükdaşıma qabiliyyəti və eyni zamanda sərnişindaşıma potensialı kifayət qədər artıb və qeyd edək ki, Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanının yeni terminalının tikilməsi məsələsi artıq gündəmə gəlir və bu illəri biz 7 milyon nəfərin daha doğrusu, 2024-cü ildə 7 milyon nəfərin sərnişinin daşınmasını həyata keçirmişik və Azərbaycanın bu istiqamətdə potensialı çox genişdir və tələbat çox böyükdür və biz artıq yeni terminalın tikilməsi məsələsinə baxmalıyıq və bu kontekstdə dövlətimizin başçısı vurğuladı ki, son illər ərzində daha dörd hava limanı tikmişik. Bizim Bakı, Naxçıvan, Gəncə və Lənkəranda beynəlxalq hava limanlarımız var idi. Düzdür, son zamanlar Lənkəran Beynəlxalq Hava Limanının fəaliyyəti fəaliyyət göstərmirdi, ancaq biz son illər ərzində qeyd edilən hava limanlarının müasirləşdirilməsi istiqamətində onların sərnişindaşıma imkanlarının və onun infrastrukturunun inkişafı baxımından xeyli işlər gördük. Amma eyni zamanda, biz Qəbələdə, Zaqatalada, bundan savayı Qarabağda söhbət Füzulidən gedir, sonra Zəngilandan gedir. Bu ərazilərdə də hava limanları tikdik və indi Laçında yeni hava limanı, Beynəlxalq Hava Limanının tikintisi də bu il başa çatacaq.

Avrasiyanın nəqliyyat xəritəsində Azərbaycanın yeri və rolu...

Deputat qeyd edib ki, bunlar çox ciddi bizim uğurlarımızdır və bu uğurlarımız Azərbaycanın nəqliyyat mərkəzlərinə, Avrasiyada mühüm nəqliyyat mərkəzlərinin birinə çevrilməsini təmin edir və bu günləri Avrasiyanın nəqliyyat xəritəsində Azərbaycanın yeri, rolu və çəkisi kifayət qədər böyükdür və bu infrastruktur hesabına Azərbaycan bu günləri özünün iqtisadi maraqlarının təminatı baxımından çox ciddi işlərə, çox ciddi uğurlara imza atır və biz elə etməliyik ki, nəqliyyat sahəsində bizim qazandığımız uğurlar nəticə etibarilə ona gətirib çıxarsın ki, tıxacların aradan qaldırılması istiqamətində ciddi işlər görülsün. Yüklərin və sərnişinlərin daşınması və məntəqələrə çatdırılması istiqamətində işimizin həm kəmiyyət, həm də keyfiyyət artımı baş versin. Bunun üçün siyasi iradə var, maliyyə imkanları var, kadr potensialı var və biz bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməliyik və həm də cənab Prezident çıxışının sonunda onu da qeyd elədi ki, bu gün gəmiqayırma sahəsində bizim uğurlarımızın çox böyükdür və vaxtilə biz gəmiləri başqa ölkələrdən alırdıq. Amma biz düzgün qərar qəbul etdik. Biz gəmiqayırma zavodu tikdik və bunun sayəsində biz istehsalımıza başladıq. İndi vaxtilə aldığımız gəmilərin istehsal edildiyi ölkələrdən həmin gəmiləri almaq qeyri mümkündür. Vaxtında atılmış düzgün addım və bizim bu sahədə də problemimizin həllinə gətirib çıxarır. Deməli, bu günləri təkcə şəhərlərarası deyil, həm də kəndlərarası yollarımızın çəkilməsi istiqamətində də xeyli işlər görülüb və hər il bu istiqamət üçün vəsait ayrılıb və bu kəndlərarası yolların çəkilməsi və onların təmiri prosesi təxminən 85-90 faizə gəlib çatıb ki, bu da ciddi nəticələrdir.

Deməli, ölkəmizdə həm magistral yolların, şəhərlərarası yolların, kənd yollarının çəkilməsi, dəmiryol xəttlərinin çəkilməsi istiqamətində böyük işlər görülüb. Xüsusilə, Qarabağda bu istiqamətfə görülən işlərin miqyası daha böyükdür və indi artıq dəmir yol xətləri və avtomobil xətləri, Qarabağda və Şərqi Zəngəzurda çəkilməsi prosesi çox geniş vüsət alıb və bütün bunlar nəticə etibarilə Qarabağa tarixi qayıdış missiyasında şərəflə yerinə yetirilməsi üçün çox mühüm imkanlar pəncərəsi açır və biz bütün bu vəzifələrin öhdəsindən də ləyaqətlə gələcəyik.

Səbinə Kazımova, “İki sahil”