30 yanvar 2025 01:17
153

Türkiyənin turizm naziri istefa verib?

Türkiyənin turizm naziri Mehmet Nuri Ersoyun Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək istefasını istədiyi deyilir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, buna səbəb Kartalkaya xizək kurortundakı hoteldə baş verən böyük yanğın olub.

İddialara görə, Ersoy faciənin baş verdiyi gün - yanvarın 21-də keçirilən hökumətin iclasında prezidentə müraciət edərək onu vəzifəsindən azad etməsini xahiş edib.