Avropa İttifaqı rəsmiləri Ukraynadakı münaqişənin həlli üzrə potensial saziş çərçivəsində Rusiya qazının Aİ-yə tədarükünün bərpası imkanlarını müzakirə edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadla məlumar yayıb.
Təşəbbüsün tərəfdarları iddia edirlər ki, belə bir tədbir Avropada yüksək enerji qiymətlərinin azaldılmasına kömək edəcək, Moskvanı danışıqlara sövq edəcək və hər iki tərəfə atəşkəsə riayət etməyə əsas verəcək.
Bununla belə, FT yazır ki, hətta bu mövzunun ilkin müzakirələri də Ukraynanın Aİ-dəki ən yaxın müttəfiqlərinin kəskin tənqidinə səbəb olub. Qəzetin üç məlumatlı mənbəsinin bildirdiyinə görə, bu təşəbbüs Almaniya və Macarıstanın bəzi rəsmiləri tərəfindən dəstəklənib.