Onkoloji xəstəliklərin erkən aşkarlanması üçün skrininq proqramlarının yenilənməsi təklif edilir.
“İki sahil” xəbər verir ki, bu təkliflə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə çıxış edib.
Nazirlik rəsmisi qeyd edib ki, bu, qarşıda quran məsələlər siyahısına daxil edilib.
Ş.İsmayılova həmçinin bildirib ki, dövlət proqramları çərçivəsində pulsuz verilən dərman vasitələri əsasən poliklinika, ailə sağlamlıq mərkəzləri və digər tibb müəssisələrində paylanılır: "Kəndlərdə yaşayan əhali üçün isə bu sahədə çətinliklər var. Düşünürük ki, bu dərmanlar mobil apteklər vasitəsilə həftənin konkret günlərində bütün qaydalara riayət etməklə əhaliyə çatdırıla bilər”.