İranın xarici işlər naziri Abbas Əraqçi Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparmaq üçün Qətərə gedir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ölkəmizin xarici işlər naziri Abbas Əraqçi bu gün Qətərə səfər edəcək”, - deyə, İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında yerləşdirilən mesajda deyilir.
Xəbərdə İranın diplomatik idarəsinin rəhbəri ilə Fələstinin HƏMAS hərəkatının yüksək rütbəli nümayəndələri arasında görüş elan edilib. Görüşdə son hadisələr və bölgədəki vəziyyəti müzakirə edəcəkləri gözlənilir.