ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Çinin Vaşinqton və Pekin arasında münaqişə yaranacağı təqdirdə Panama kanalını bağlamaq planının olduğuna şübhə etmir. Onun sözlərinə görə, ABŞ bunu milli təhlükəsizliyə təhdid kimi qiymətləndirir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Marko Rubio Megyn Kelly Show-da bildirib ki, əgər Çin hökuməti münaqişədə onlardan- Panama kanalına bitişik, Honq-Konq şirkəti CK Hutchison Holdings Ltd.-nin nəzarətində olan limanlardan Panama kanalını bağlamağı tələb edərsə, onlar bunu etməli olacaqlar. Mən, əslində, şübhə etmirəm ki, Çin hökumətinin fövqəladə hallar planı var. Bu, birbaşa təhdiddir.
Marko Rubio müvafiq açıqlamalarını Latın Amerikasına səfəri ərəfəsində verib. "Reuters" xəbər verir ki, səfər gələn həftəsonuna planlaşdırılıb və bu, Rubionun yeni Amerika administrasiyasında dövlət katibi kimi ilk rəsmi xarici səfəri olacaq.
Donald Tramp həm seçki kampaniyası zamanı, həm də seçkidən sonra Panama kanalına nəzarəti ələ almaq niyyətini dəfələrlə ifadə edib. Amerika lideri bunu yanvarın 20-də inauqurasiya nitqində təsdiqləyib. Trampın sözlərinə görə, ABŞ Panama hakimiyyətinin Çinin kanalın idarə olunmasına müdaxiləsinə icazə verməsindən narazıdır. Pekin bunu inkar edir və Çinin heç vaxt kanalın idarə olunmasına müdaxilə etmədiyini bildirir.