Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 2025”də iştirak edir.
“İki sahil” xəbər verir ki, tədbirdə "Azərbaycan Hava Yolları" ilə birlikdə, 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.
Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilir.
Sərgi çərçivəsində keçirilən "Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan strateji yanaşmalar" adlı panel müzakirəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov Azərbaycanda turizminin inkişafı strategiyası ilə bağlı məlumat verib.
Qeyd edək ki, hindistanlı turistlərin artan marağına əsasən “Azərbaycan Hava Yolları” QSC və “IndiGo” aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir.
2024-cü ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 243 589 nəfər təşil edib. Bu da öz növbəsində 2023-cü illə müqayisədə 2 dəfən çox artımdır.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb