ABŞ “Trident II” sualtı qayıqlarından buraxılan nüvə ballistik raketlərinin xidmət müddətinin uzadılması proqramı çərçivəsində “Lockheed Martin” müdafiə sənayesi konserninin bölməsi ilə 383 milyon dollarlıq müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Florida ştatının “Lockheed Martin Space” şirkəti əvvəllər verilmiş “Trident II” xidmət müddətini uzatma müqaviləsinin 383,1 milyon dollar artırılmasına layiq görülüb”, - məlumatda deyilir.
Qeyd edilir ki, bu, dizaynın və inkişafın təkmilləşdirilməsi ilə bağlıdır. Müqavilənin təfərrüatları açıqlanmır. Pentaqon qeyd edib ki, işlər 30 sentyabr 2030-cu ilə qədər tamamlanmalıdır.