ABŞ-ın Filadelfiya şəhərində ticarət mərkəzi yaxınlığında təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, hadisə yerli vaxtla saat 18:30-da (GMT 2330) Şimal-şərq Filadelfiya hava limanından qalxdıqdan sonra baş verib və çoxsaylı yanğınlara səbəb olub.
Federal Aviasiya Administrasiyası (FAA) təyyarədə iki nəfərin olduğunu açıqlasa da, yerli “FOX 29”un müxbiri Filadelfiya Polis Departamentinə istinadən bildiurib ki, təyyarədə olan azı altı nəfər, o cümlədən iki pilot, iki həkim, bir xəstə və bir ailə üzvü olub. Onlar həlak olublar.
Nəqliyyat naziri Şon Daffi də təyyarədə 6 nəfərin olduğunu təsdiqləyib. Hadisə yerinə göndərilən təcili yardım briqadaları hadisə şahidlərinin güclü partlayış səsləri eşitdiyini və bir çox avtomobilin yandığını bildirib.
FAA və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəza ilə bağlı araşdırmaya başlayıb.
Qəzadan sonra ərazidə yanğın başlayıb.
Təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil.
Məhərrəm Ağalaroğlu, “İki sahil”