Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakasdakı Miraflores Prezident sarayında ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Venesuela rəhbərliyi görüşlə bağlı yaydığı məlumatda bildirilir ki, iki ölkəni maraqlandıran müxtəlif mövzular müzakirə edilib: “Bunlardan biri ABŞ vətəndaşlarının milli torpaqlarda cinayətlərə qarışması, immiqrasiya və iqtisadi sanksiyaların mənfi təsiri idi".
Görüşdə rəsmi Karakasın ABŞ ilə 2019-cu ildən bəri kəsilən ikitərəfli münasibətlərdə yeni başlanğıca hazır olduğu bildirilib.
Qrenell “X” sosial media platformasında ABŞ vətəndaşları ilə təyyarədə çəkilmiş şəklini paylaşaraq, "Hərəkətdəyik və bu 6 ABŞ vətəndaşı ilə evə qayıdırıq. Onlar sadəcə Donald Trampla danışıb və ona minnətdarlıqlarını bildiriblər", - deyə yazıb.
We are wheels up and headed home with these 6 American citizens.
— Richard Grenell (@RichardGrenell) February 1, 2025
They just spoke to @realDonaldTrump and they couldn’t stop thanking him. pic.twitter.com/sCvCO4HQQv
İki ölkənin bayraqlarının yer aldığı yığıncaqda Venesuela Milli Assambleyasının (Milli Məclis – red.) sədri Xorxe Rodrigez də görüşdə iştirak edib.
Mayamidə yerləşən Müstəqil Venesuela Amerika Vətəndaşlarının (IVAC) məlumatına görə, Venesuelada əksəriyyəti 2024-cü saxlanılan 8 ABŞ vətəndaşı var.
Milli medianın məlumatına görə, Qrenell Maduroya ABŞ tərəfindən deportasiya edilən Venesuela vətəndaşları üçün uçuşların qəbul edilməsi və Venesuelada saxlanılan amerikalıların azad edilməsi tələbini çatdırıb.
Sərbəst buraxılan 6 ABŞ vətəndaşı “terror aktları törətməyi planlaşdırmaq” ittihamı ilə Venesuelada saxlanılırdı.
Məhərrəm Ağalaroğlu, “İki sahil”