01 fevral 2025 16:44
114

ABL: "Sumqayıt" "Şəki"yə qalib gəlib

Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, B qrupunda baş tutan matçda "Şəki" "Sumqayıt"la üz-üzə gəlib.

Şəki Olimpiya İdman Kompleksindəki matçda qonaqlar 98:93 hesablı qələbəyə sevinib.

Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD isə "Neftçi"ni 105:100 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.