01 fevral 2025 22:14
82

Cüdoçumuz "Böyük Dəbilqə" turnirinin qalibi olub

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) fransalı rəqibinə qalib gələrək "Böyük Dəbilqə" turnirinin qalibi olub.

“İki sahil” xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Daikii Boubanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilən turnir fevralın 2-də başa çatacaq.