01 fevral 2025 18:00
109

“Turan-Tovuz” “Səbail” yarışında qollu bərabərlik

Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Səbail” “Turan Tovuz”un qonağı olub.

İki sahil”in məlumatına görə, yarışın 29-cu dəqiqəsində Alexandro Serrano hesabı açıb. 45+3-cü dəqiqədə isə kobud oyuna görə, meydandan qovulan Kauan Martins “Turan Tovuz”u azlıqda qoyub.

Yarışın 82-ci dəqiqəsində Madi Queta “Səbail”in bərabərlik qolunun müəllifi olub.

Misli Premyer Liqası

21-ci tur

1 fevral

16:00. “Turan-Tovuz” 1-1 “Səbail”

Qol: Alexandro Serrano, 29 (1-0), Madi Queta, 82 (1-1)

Qırmızı vərəqə: Kauan Martins, 45+3 ("Turan Tovuz")

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Tovuz şəhər stadionu.

Məhərrəm Ağalaroğlu, “İki sahil”