01 fevral 2025 17:27
111

Gənclər siyasəti: Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir

Ümummilli Lider Heydər Əliyev üçün gənclik amili milli şüurun və yaddaşın keşiyində ayıq-sayıq dayanmaq amalı qədər əhəmiyyətli idi. Daha doğrusu, Heydər Əliyevə görə, onlar qoşa qanad kimi eyni yüksəlişin fəza elementi sayılırdılar. Gəncliyin milli tarixdə və taledə tutduğu yerə, çəkiyə elm-dövlət nisbətində, yaddaş-məfkurəçilik istiqamətində heç kəs Heydər Əliyev qədər aydın mövqe təsnifi, missiya, rol bölgüsü və modeli təqdim etməyib: “Bu qədər gərgin işləri aparmaqda mənə ilham verən ən böyük qüvvə Azərbaycanın gəncləridir”.

Gənclər siyasəti və sevgisi konsepsiya olaraq bu tamlıqda və bütövlükdə, öz ifadəsini məhz Heydər Əliyevin əməlində və işində tapır. Əslində bu gün müasir Azərbaycanda müstəqilliyin, sabit dövlətçiliyin, yaddaşda və əxlaqda suverenliyin də təməl məqamı məhz bu konsepsiyadır.

Heydər Əliyevin elm, sənət, ədəbiyyat adamlarına verdiyi dərin qiymət bizim yaxın tarixin ən qürurlu səhifələrindən biridir. Məlumdur ki, sənətşünasların döv­lət sə­viy­yə­sin­də yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si, bu yaradıcı şəxsiyyətlər haqqında apa­rı­lan təd­qi­qat-təb­li­ğat iş­lə­ri onların mən­sub ol­du­ğu xal­qa da­ha ya­­xın­­dan ta­nı­dıl­ma­sı ilə bir sı­ra­da, həm də azər­bay­can­çı­lıq ide­ya­sı­nın ge­niş miq­­yas­da ya­yıl­ma­sı­na və də­rin­dən mə­nim­sə­dil­mə­si­nə uğur­la xid­mət et­miş­dir. Hey­dər Əli­yev keç­miş İt­ti­faq sə­viy­yə­sin­də ən yük­sək si­ya­si dai­rə­lər­də bö­yük cə­sa­rət­lə bə­yan et­miş­dir ki: “Ni­za­mi­dən, Fü­zu­li­dən da­nı­şar­kən on­la­rı tək­cə şa­ir ki­mi de­yil, bö­yük fi­lo­sof­lar ki­mi dün­ya­ya, dün­ya mə­də­niy­yə­ti­nə, el­mi­nə bö­yük töh­fə­lər ver­miş mü­tə­fək­kir­lər kimi ta­nıt­ma­lı­yıq”.

Heydər Əliyev bu şəxsiyyətlərin tanıdılması məqamını vurğulayarkən daha çox gənclik amilinə həssas yanaşırdı. Məsələn, da­hi şairimiz Mə­­həm­məd Fü­zu­li­nin ana­dan ol­ma­sı­nın 500 il­li­yi mü­na­si­bə­ti i­lə Təş­ki­lat Ko­mi­tə­si­nin 1 av­qust 1994-cü il ta­rix­li yı­ğın­ca­­ğın­­da Hey­dər Əli­­ye­­vin bö­yük əks-sə­da do­ğur­muş nit­qin­də ye­ni ta­ri­xi epo­xa­da səslənən mü­la­hi­zə­lərdə Azər­bay­ca­nın, xal­qı­mı­zın ədə­bi şəx­siy­yət­lər va­si­tə­si­lə ta­nı­dıl­ma­sı­nın qay­ğı­la­rı­ ay­dın su­rət­də əha­tə edilir: “Bu yu­bi­le­yi ke­çi­rər­kən, biz xal­qı­mı­zın özü­nü ta­nı­ma­sı­nı tə­min edə­cə­yik və et­­mə­­li­yik. Xalq gə­rək da­im öz kö­kü­nü xa­tır­la­sın, ta­ri­xi­ni öy­rən­sin, mil­li mə­­də­­niy­­yə­tin­dən, el­min­dən heç vaxt ay­rıl­ma­sın. Şüb­hə­siz ki, bu yu­bi­le­yin ke­­çi­­ril­­mə­si indiki nəslin ta­ri­xi­mi­zin nə qə­dər zən­gin ol­du­ğu­nu və Azər­bay­can xal­­­qı­­­nın dün­ya mə­də­niy­yə­ti­nə ne­cə böyük töh­fə­lər ver­di­yi­ni dərk et­mə­si­nə şə­ra­it ya­­ra­­­da­­caq və hər bir azər­bay­can­lı­da, ilk növ­bə­də, gənc nə­sil­də mil­li if­ti­xar, və­­tən­­pər­­­­vər­lik hiss­lə­ri­ni da­ha da yük­səl­də­cək­dir. Bu­nun özü müs­tə­qil Azər­­bay­­can­da bi­zim üçün çox gə­rək­li bir amil­dir”.

Ya­ra­dı­cı gənc­li­yin is­te­­dad­­lı nü­ma­yən­­də­­lə­ri­nə Pre­zi­dent mü­ka­fatının ve­ril­mə­si də Ulu Öndər tə­rə­fin­dən əsası qoyulmuş yazıçı zəhmətinin və ədə­bi pro­­­se­sin sti­mul­­laş­­dı­rıl­ma­sı si­ya­sə­ti­nin konk­ret da­va­mın­dan iba­rət­dir. Mir­va­rid Dil­ba­zi “Qur­tar­dın bö­lüm­dən Azər­bay­ca­nı” şei­rin­də Hey­dər Əli­ye­vin Azər­bay­ca­na, ha­ki­miy­yə­tə qa­yı­dı­şı­nı al­qış­la­yır, bu­nu Və­tən və mil­lət miq­ya­sın­da fə­dai­lik ad­lan­dı­rmaqla yanaşı, Ümummilli Liderin gənclərə, gəncliyə böyük ərməğanı kimi dəyərləndirirdi:

Qurtardın bölümdən Azərbaycanı!

Sən ey ağlı ümman,

Ürəyi incə!

Sən həyat bəxş etdin minlərlə gəncə.

Açıb xəyanətin sən iç üzünü,

Silməkçün torpaqdan bu qan izini

Çağırdın, səs verdi sənə millətin.

Xalqı məğlub etmək çətindir, çətin!

Heydər Əliyevin siyasətinin əsası gənclərlə bağlı böyük amallara söykənirdi. Bu amallar o qədər prioritet idi ki, Ulu Öndərin istər ən sevincli, istərsə də ən kədərli anında unudulmur, Onun fikir və mülahizələrinin ana xəttinə çevrilirdi. 1994-cü ilin 23 iyu­nun­da Müs­lüm Ma­qo­ma­yev adı­na Azər­bay­can Döv­lət Fi­lar­mo­ni­ya­sın­da Hey­dər Əli­ye­vin Xalq şai­ri Xə­lil Rza Ulu­türk­lə vi­da mə­ra­si­min­də etdiyi bir çıxış var: “Ağır dövr­də ya­şa­yan Azər­bay­can xal­qı bu gün bö­yük bir ma­tə­mə bü­rün­müş­dür. XX əsr­də Azər­bay­ca­nın gör­kəm­li si­ma­la­rın­dan bi­ri – şa­ir, ya­zı­çı, fi­lo­sof, alim, xalq azad­lı­ğı uğ­run­da fə­da­kar mü­ba­riz, bö­yük və­tən­daş Xə­lil Rza Ulu­tür­kü itir­mi­şik. Bu bö­yük it­ki­dir. ...Xə­lil Rza Azər­bay­can xal­qı­nın mil­li azad­lıq uğ­run­da mü­ba­ri­zə­si­nin ön cər­gə­lə­rin­də get­miş, bu mü­ba­ri­zə­yə qalx­mış gənc­lə­ri­mi­zə həm alim, həm şa­ir ki­mi, həm də hör­mət­li bir in­san ki­mi ör­nək ol­muş­dur”.

Bütün hallarda gəncliyə örnək olmaq! Ümummilli Liderin gənclər siyasəti Onun Azərbaycan dilinə münasibətində daha bariz önə çıxır. Onun xüsusilə, ana di­li haq­qın­da fi­kir­lə­ri birbaşa gəncliyin doğru istiqamətdə, milli zəmində yetişməsi üçün uğurlu bir yol xəritəsi idi: “Azər­bay­can di­li­nin bun­dan son­ra da in­ki­şaf et­mə­si mə­nim hə­ya­tı­mın ən bi­rin­ci və­zi­fə­si­dir. Çün­ki mil­lə­tin di­li­ni əlin­dən al­san, onu öz di­lin­dən məh­rum et­sən, o mil­lət çox şey iti­rər. Am­ma mil­lə­tin öz doğ­ma di­li, ana di­li olan­da, onu heç nə də­yiş­di­rə bil­məz... Bi­zim gənc­lə­rə de­yi­rəm ki, rus di­li­ni yax­şı bi­lin, in­gi­lis, fars, ərəb, fran­sız dil­lə­ri­ni də yax­şı bi­lin. Am­ma bun­la­rın ha­mı­sın­dan yax­şı öz Azər­bay­can di­li­ni­zi öy­rə­nin. Əgər bu­nu bil­mə­sən, sən tam azər­bay­can­lı ol­mur­san”.

Hey­dər Əli­yev 2001-2003-cü il­lər­də “Döv­lət di­li­nin tət­bi­qi işi­nin tək­mil­ləş­di­ril­mə- si”, “Azər­bay­can əlif­ba­sı və Azər­bay­can di­li gü­nü­nün tə­sis edil­mə­si”, “Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət di­li haq­qın­da Azər­bay­can Res­pub­li­ka­sı qa­nu­nu­nun tət­biq edil­mə­si haq­qın­da” fər­man­lar imzalamışdır. Ulu Öndər de­miş­dir: “Dil hər bir mil­lə­tin mil­li­li­yi­nin əsa­sı­dır. Ona gö­rə də hər bir gənc öz ana di­li­ni, Azər­bay­can di­li­ni, müa­sir Azər­bay­can di­li­ni ən in­cə­lik­lə­ri­nə qə­dər bil­sin və bu dil­dən is­ti­fa­də et­sin. Biz müs­tə­qil Azər­bay­can­da Azər­bay­can di­li­ni döv­lət di­li et­di­yi­miz ki­mi, cə­miy­yə­ti­miz­də də, xal­qı­mı­zın için­də də Azər­bay­can di­li­ni müt­ləq ha­kim dil et­mə­li­yik”.

Dil amili Hey­dər Əli­yev üçün xalqın mil­li kim­li­yi­ni tə­yin edən başlıca amil, dəyər vahidi idi. Möv­lud Sü­ley­man­lı “Qırx ilin yed­di gö­rü­şü” me­mu­ar-əsə­rin­də Hey­dər Əli­yevlə bağlı xalq ara­sın­da şi­fa­hi ya­yıl­mış maraqlı məqamlardan bəhs edir. Bun­lar­dan bi­ri Azər­bay­can di­li ba­rə­sin­də­dir: “Ya­dım­da­dır, 70-ci il­lə­rin or­ta­la­rı idi, Nov­ruz bay­ra­mı ərə­fə­sin­də bö­yük­dən ki­çi­yə ha­mı Şıx çi­mər­li­yi səm­tin­də ağac ək­mə­yə çıx­mış­dı. Ya­zı­çı­lar İt­ti­fa­qı­nın ay­rı­ca sa­hə­si var­dı, or­da ağac əkir­dik. Hey­dər Əli­yev sa­hə­lə­ri do­la­şıb, adam­lar­la gö­rü­şüb axır­da ya­zı­çı­la­rın ya­nı­na gəl­di. Hə­mi­şə ol­du­ğu ki­mi, sə­mi­mi i­di, ər­ki ça­tan­lar­la za­ra­fat edir, gənc­lər­lə ma­raq­la­nır­dı. Şa­ir Qa­bil ye­nə özü­nə­məx­sus ori­ji­nal­lı­ğı ilə se­çil­di: “Yol­daş Əli­yev, Siz azər­bay­can­ca nə gö­zəl da­nı­şır­sı­nız!” Hey­dər Əli­yev as­ta­dan gü­lüb de­di: “Qa­bil, sən ni­yə mə­nim rus­ca gö­zəl da­nış­ma­ğı­ma tə­əc­cüb et­mir­sən, azər­bay­can­ca da­nış­ma­ğı­ma tə­əc­cüb edir­sə­n? Bu dil mə­nim ana di­lim­dir, mən bu di­li bil­mə­li­yəm! Elə­cə də ha­mı­mız”. Bu söz, bu fi­kir elə ora­da­ca al­qış­lar­la qar­şı­lan­dı... Am­ma onun­la bit­mə­di, çox­la­rı­mı­zın xə­bə­ri ol­ma­dan bu söz, bu fi­kir ki­çik məc­ra­sın­dan çıx­dı. Uzun müd­dət mil­li-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynadı. Bu da fakt­dır ki, bir az əv­vəl yu­xa­rı sə­viy­yə­lər­də Azər­bay­can di­lin­də ümu­miy­yət­lə da­nı­şıq get­mir­di, rus di­li­ni zəif bi­lən­lə­ri işə gö­tür­mür­dü­lər, ona pis ba­xır­dı­lar və s. Adi bir imə­ci­lik gü­nün­də de­yil­miş bu söz, bu fi­kir və ümu­miy­yət­lə, Hey­dər Əli­yevin fəa­liy­yə­ti doğ­ma di­li­mi­zə olan so­yuq mü­na­si­bə­ti də­yiş­dir­di. Ye­ri gəl­di-gəl­mə­di rus di­lin­də da­nı­şan və da­nış­ma­ğa can atan küt­lə­vi­li­yin qar­şı­sı alın­dı”.

Yük­sək mə­də­niy­yət və mə­nə­viy­yat da­şı­yı­cı­sı olan Hey­dər Əli­yev bü­tün ömür yo­lu­nun süz­gə­cin­dən ke­çir­di­yi, əməl­lə­rin­də də­fə­lər­lə sü­bu­ta ye­tir­di­yi hə­yat qə­na­ət­lə­ri­ni gənc­lər­lə bö­lü­şür­dü. O, gəncləri qoruyur və hamilik edirdi. El­mi­ra Axun­do­va “Şəxsiyyət və zaman” ro­man-təd­qi­qa­tın­da ya­zır: “60-cı il­lə­rin əv­vəl­lə­rin­də Azər­bay­can əks-kəş­fiy­ya­tı əmək­daş­la­rı üçün “ba­şağ­rı­sı” olan ye­ni mən­bə – Ba­kı­da ya­ra­nan gənc­lə­rin giz­li təş­ki­la­tı­nın üzv­lə­ri­nin ta­le­lə­ri­ni sın­dır­ma­ma­ğa və pro­fi­lak­tik təd­bir­lər­lə ki­fa­yət­lən­mə­yə inan­dır­maq üçün Hey­dər Əli­yev bə­zən bü­tün na­tiq­lik mə­ha­rə­ti­ni işə sal­ma­lı olur­du...”.

Ya­zı­çı­la­rın 1981-ci il Qu­rul­ta­yın­da Hey­dər Əli­yev Anarla açıq po­le­mi­ka­ya gi­rə­rək onun “gənc­lə­rin səhv et­mək sə­la­hiy­yə­ti” ba­rə­sin­də fik­ri­nə dü­zə­liş­lər etmişdir:

Hey­dər Əli­yev: “Am­ma sən be­lə de­din ki, əgər o, səhv et­mə­sə, ca­van ol­maz ki, o, ye­tiş­miş­dir. Səhv et­mək qə­tiy­yən müt­ləq ol­ma­lı şey de­yil”.

Anar: “Şüb­hə­siz”.

Hey­dər Əli­yev: Səhv ola bi­lər. An­caq o ca­van, o gənc ki, dün­ya­nı əv­vəl­dən düz­gün möv­qe­lər­də ba­şa dü­şür, o ya səhv et­mir, ya da az səhv edir. Səhv et­mək, şüb­hə­siz ki, bi­zim hə­ya­tın dia­lek­tik qa­nu­nu­dur. Bu ay­dın­dır, bu­nu heç kəs in­kar et­mə­mə­li­dir. Am­ma nə qə­dər ça­lış­saq ki, bi­zim gənc­lər öz yük­sək is­te­dad­la­rı­nı düz is­ti­qa­mət­də in­ki­şaf et­dir­sin­lər, o qə­dər gənc­lər mət­lə­bə tez ça­tar. Elə­­dir­­mi­­”?

Heydər Əliyev gəncliyin mümkün qədər səhvlərdən arınıb həyat yollarının düzgün seçilməsinin tərəfdarı idi. Onun gənclərə göstərdiyi qayğının alt qatında məhz bu niyyət dayanırdı. Buna görə onların vaxtlarının səmərəli keçirilməsi, uğurlu təşkili, kitab, rəsm, musiqi, sənət mühitində formalaşmaları üçün bütün mümkün imtiyazlarından yararlanırdı. “Müs­tə­qil­lik döv­rü Azər­bay­can ədə­biy­ya­tı” ki­ta­bın­dan oxu­yu­ruq: “1990-cı il­lə­rin or­ta­la­rı üçün ol­duq­ca çə­tin du­rum­da olan Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nə Hey­dər Əli­yev döv­lət hi­ma­yə­si­ni bər­pa et­di. Bir­li­yin əsas nəşr­lə­ri – “Ədə­biy­yat qə­ze­ti” və “Azər­bay­can” jur­na­lı­nın döv­lət he­sa­bı­na çıx­ma­sı tə­min olun­du. Cə­lil Məm­məd­qu­lu­za­də, Hü­seyn Ca­vid, Sə­məd Vur­ğun, Sü­ley­man Rüs­təm, Rə­sul Rza, İl­yas Əfən­di­yev və digər XX əsr ədə­biy­ya­tı ko­ri­fey­lə­ri­nin yu­bi­ley mə­ra­sim­lə­ri­nin də tən­tə­nə­li su­rət­də qeyd olun­ma­sı ədə­biy­ya­ta ümum­xalq sev­gi­si­nin qay­ta­rıl­ma­sın­da bö­yük rol oy­na­dı. Hey­dər Əli­ye­vin klas­sik­lər­lə ya­na­şı, müa­sir ya­zı­çı­la­rı da də­yər­lən­dir­mə­si, Bəx­ti­yar Va­hab­za­də, Xə­lil Rza Ulu­türk ki­mi can­lı klas­sik­lə­rə xəs­tə ikən baş çək­mə­si, qay­ğı gös­tər­mə­si, Məm­məd Araz, Mir­va­rid Dil­ba­zi, Anar, Yu­sif Sə­mə­doğ­lu, Maq­sud İb­ra­him­bə­yov və digər ya­zı­çı­la­rın yu­bi­ley­lə­rin­də iş­ti­ra­kı, Xalq ya­zı­çı­sı fəx­ri adı, İs­tiq­lal və Şöh­rət or­den­lə­ri ilə təl­tif et­mə­si də ədə­biy­ya­ta diq­qə­tin qa­yıt­ma­sı­nı nü­ma­yiş et­di­rir­di. Ümum­mil­li Li­de­rin 1997-ci ilin okt­yabr ayın­da ke­çi­ri­lən Azər­bay­can Ya­zı­çı­la­rı Bir­li­yi­nin X Qu­rul­ta­yın­da şəx­sən iş­ti­ra­kı, bu tədbirdən öncə Pre­zi­dent İqa­mət­ga­hın­da ya­zı­çı­la­rın nü­ma­yən­də­lə­ri ilə, həm­çi­nin ədə­bi gənc­lik­lə sə­mi­mi gö­rüş­lə­ri ədə­bi ic­ti­ma­iy­yət­də bö­yük ruh yük­sək­li­yi ya­rat­dı”.

Sə­məd Vur­ğu­nun ev mu­ze­yin­də­ki gö­rüş za­ma­nı Hey­dər Əli­yev “Fər­had və Şi­rin” ta­ma­şa­sı­nı xa­tır­la­yarkən gənclik amilinə xüsusi vurğular vururdu: “İn­di biz bu­ra­da­kı şə­kil­lə­rə ba­xar­kən Ay­bə­niz xa­nım de­di ki, Sə­məd Vur­ğu­nun “Fər­had və Şi­rin” pye­si 50 il bun­dan qa­baq ta­ma­şa­ya qo­yul­muş­dur. Mən onun fik­ri ilə ra­zı­yam ki, in­di­ki gənc nə­sil­dən çox­la­rı “Fər­had və Şi­rin” pye­si­nin ta­ma­şa­sı­na bax­ma­yıb­lar və ya bə­zi­lə­ri bu əsə­ri oxu­ma­yıb­lar... Bu ta­ma­şa­nı mən vax­ti­lə çox bö­yük məm­nu­niy­yət­lə ge­dib Azər­bay­can Döv­lət Dram Te­at­rın­da gör­mü­şəm. Bu əsər mə­nə çox bö­yük tə­sir ba­ğış­la­dı. Onu ge­dib ye­ni­dən gör­mək mə­nə də, si­zə də la­zım­dır. Am­ma gənc­lə­rə xü­su­sən la­zım­dır...”.

Ümummilli Lider üçün gənclik cəmiyyətin, ölkənin sabahı demək idi. Gənclərlə görüşündə hər kiçik problemə nüfuz edir, onların qayğıları ilə maraqlanır, onların həlli istiqamətində mühüm addımlar atırdı. 1997-ci il okt­yabrın 29-da Hey­dər Əli­ye­vin yaradıcı gənclərlə görüşündəki çıxışından bəzi nüanslara diqqət yetirmək yetər ki, Ulu Öndərin içindəki Vətən sevgisi, məfkurə ruhu bütün aydınlığı ilə görünsün: “Mən gənc­lə­rə üzü­mü tu­tub de­yi­rəm, si­zin qar­şı­nız­da çox gö­zəl im­kan­lar, pers­pek­tiv­lər var. Şüb­hə et­mi­rəm ki, siz bö­yük uğur­lar qa­za­na­caq­sı­nız, ədə­biy­ya­tı­mı­zı in­ki­şaf et­di­rə­cək­si­niz. Şüb­hə et­mi­rəm ki, si­zin içi­niz­dən Azər­bay­can xal­qı­nın ədə­biy­ya­tı­nı, mə­də­niy­yə­ti­ni da­ha da yük­sək­lə­rə qal­dı­ran bö­yük şa­ir­lər, ya­zı­çı­lar, ədə­biy­yat­şü­nas­lar çı­xa­caq­dır. Mən bu­na heç şüb­hə et­mi­rəm. Çün­ki in­di­yə­dək ya­şa­dı­ğı­mız dövr və əl­də et­di­yi­miz nai­liy­yət­lər bu­na, be­lə de­mə­yə tam əsas ve­rir. Şə­ra­it da­ha da sər­bəst olan­da, in­san da­ha da müs­tə­qil, azad olan­da, şüb­hə­siz ki, onun da­xi­lin­də olan im­kan­lar da­ha çox açı­lır və öz bəh­rə­si­ni ve­rir”.

O da önəmli faktlardandır ki, Dahi Liderin hər bir məsələyə dair çıxışının mütləq sonluğu, mütləq vurğusu gənclərin xalq, Və­tən, cə­miy­yət qar­şı­sın­da mis­si­ya­sı­nı unut­ma­ma­ğa ça­ğı­rışla bitirdi: “An­caq he­sab edi­rəm, bir mə­sə­lə­də siz da­ha da ya­xın­dan iş­ti­rak et­mə­li­si­niz. Bu mə­sə­lə də Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün bər­pa olun­ma­sı, iş­ğal edil­miş tor­paq­la­rı­mı­zın azad olun­ma­sı, Azər­bay­ca­nın qüd­rət­li or­du­su­nun ya­ra­dıl­ma­sı, Azər­bay­can və­tən­daş­la­rı­nın hər­bi və­tən­pər­vər­lik, ümu­miy­yət­lə və­tən­pər­vər­lik ru­hun­da tər­bi­yə­lən­di­ril­mə­si, Azər­bay­can gənc­lə­ri­nin hər­bi və­tən­pər­vər­lik ru­hun­da tər­bi­yə­si­nin möh­kəm­lən­di­ril­mə­si­dir. Bu çox va­cib­dir, çox la­zım­dır...”.

Heydər Əliyev bütün dəyərləri, bütün gözəl ənə­nə­lə­ri gənc­lə­rə ötür­mə­yi təl­qin edir­di: “Ona gö­rə də biz gənc­lə­ri­mi­zi da­ha da çox və­tən­pər­vər­lik his­siy­yat­la­rı ilə tər­bi­yə­lən­dir­mə­li­yik. Siz gə­rək or­du­muz­la ya­xın əla­qə­də ola­sı­nız. Bur­da kim­sə si­zi it­ti­ham et­di ki, cəb­hə­yə get­mi­si­niz, şə­hid ol­mu­su­nuz, ya yox? Şai­rin şə­hid ol­ma­sı la­zım de­yil. Am­ma şai­rin da­im or­du­nun içə­ri­sin­də ol­ma­sı, əs­gər­lər­lə gö­rü­şüb söh­bət apar­ma­sı, on­la­ra və­tə­nin nə de­mək ol­du­ğu­nu, tor­pa­ğın nə de­mək ol­du­ğu­nu, müs­tə­qil­li­yin nə de­mək ol­du­ğu­nu an­lat­ma­sı çox va­cib­dir...”.

Heydər Əliyevun bu fikirləri onun əlbəttə ki, çox müdrik siyasi xadim, strateq olmağından irəli gəlir. O, ədəbiyyatı sevirdi, ədəbiyyatın gücünə inanırdı, yaddaş itkisini ərazi itkisindən daha böyük faciə sayırdı. Ona görə bütün çıxışlarında ən uca vurğunu bu məsələlərin üzərinə salır, onları şah mətləbə, ana xəttə çevirirdi: “Gənc­lə­ri­mi­zin düz­gün tər­bi­yə olun­ma­sı və Azər­bay­ca­na, müs­tə­qil­li­yi­mi­zə sə­da­qət, he­sab edi­rəm ki, si­zin ya­ra­dı­cı­lı­ğı­nı­zın əsas möv­zu­su ol­ma­lı­dır. Bu möv­zu heç vaxt köh­nəl­mir. Bu, elə bir möv­zu­dur ki, heç vaxt tü­kən­mir. Çün­ki biz nə qə­dər ya­şa­yı­rıq, o qə­dər də gə­rək müs­tə­qil­li­yi­mi­zi möh­kəm­lən­di­rək...”.

2020-ci il! 44 günlük müharibə! Gənclər ordusunun gücü ilə geri alınmış torpaqlarımız! Yaddaşlı yetişən bir nəslin gücü! Heydər Əliyev siyasətinin gücü!

O güc ki, bu gün Azər­bay­can Respublikasının Prezidenti İl­ham Əli­yevin də siyasətinin təməlində dayanır! Çağdaş dövrümüzdə gənc­li­yə açıl­mış ge­niş mey­dan dövlət başçısının hakimiyyəti döv­rü­nün mü­hüm re­al­lıq­la­rı­dır. Azərbaycan Prezidenti gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratmışdır.

İndi, 2025-ci ilin bu çağından boylananda – tarixi zəfərlər qazanmış, ərazi bütövlüyünü bərpa etmiş, güclənmiş, artmış, böyümüş dövlətimizin gücündən nəzər salanda Azər­bay­ca­na, azər­bay­can­çı­lıq əqi­də­si­nə sə­da­qət ruhunu bütün hallarda uca tutan və qoruyan Ulu Öndər şəxsiyyətinin nəhəngliyi və uzaqgörənliyi görünür.

Elnarə Akimova,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı