Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 786 milyon manata çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 263,1 milyon manat və ya 17,3% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 523 milyon manat olub.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manat olub.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb